5 Fevral, 2011
İşində yol verdikləri ciddi nöqsanlara görə, 83 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilməklə, 5 əməkdaş tutduğu vəzifədən azad edilib

Ötən il Azərbaycanda beş prokurorluq əməkdaşı sistemdən xaric edilib.

APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib. Qeyd olunub ki, prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərin nəticəsi olaraq, 2010-cu ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 83 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 50 nəfərə şiddətli töhmət və töhmət elan olunmuş, 5 əməkdaş tutduğu vəzifələrdən azad edilib, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə görə 5 əməkdaş prokurorluq orqanlarından xaric olunub.

Baş prokurorluğun əlaqədar qurumlarından və tabe prokurorlardan bundan sonra da bütün mənfi təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!