5 Fevral, 2011
Misir futbolsuz qaldı
Misirin futbol komandası

Ölkə miqyaslı bütün futbol yarışları dayandırıldı, ABŞ-la yoldaşlıq oyunu təxirə salındı

Fanat: Misirdə məlum olaylardan xəbəriniz var. Xalq 30 il davam edən Hüsnü Mübarək hakimiyyətinə etiraz edir. Artıq 2 həftəyə yaxındı ki insanlar bütün ölkə ərazisində, xüsusən paytaxt Qahirədə, Təhrir meydanında aramsız mitinqlərlə Mübarəki devirməyə qalxıb. Ölkə inqilab astanasındadı.

Bütün bu hadisələr Misir futboluna da təsirini göstərib. "Associated Press"in məlumatına görə, Misir Futbol Federasiyası ölkə miqyaslı bütün futbol yarışlarını dayandırmaq qərarı verib. Federasiyanın bu qərarı sabitlik bərpa olunana qədər qüvvədə olacaq.

"Fironların" ABŞ yığmasıyla yoldaşlıq oyunu da təxirə salınıb.//FutbolPress.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!