5 Fevral, 2011
Modanın nəbzi İstanbulda vurur

18 modelyer və 9 marka 2012-ci il kolleksiyasını sərgiləyəcək.

Milli.Az xəbər portalı TRT-yə istinadən bildirir ki, bu il üçüncüsü keçiriləcək İstanbul Moda Həftəsi modelyerlərlə sektor təmsilçilərini bir araya gətirir. Türkiyənin ən böyük şəhərində dörd gün moda rüzgarları əsəcək.

Ölkənin öndə gedən modelyerləri və hazır gerim markaları İstanbul Moda Həftəsində bir araya gələcək. Bütün dünyadan moda alıcılarının diqqətini İstanbula çəkməyi hədəfləyən moda həftəsində 18 modelyer və 9 marka 2012-ci il üçün payız-qış kolleksiyalarını tanıdacaq. Moda həftəsi çərçivəsində keçirilən sərgidə də 61 firma iştirak edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!