5 Fevral, 2011
Amerika Mübarəkin devrilməsi planını hazırlayıb?

Misirdə etirazlar davam etdiyi halda, ABŞ Hüsnü Mübarəkin istefasına aparacaq yollar axtarır. “New York Times”ın yazdığına görə, Obama Misirin yüksəkçinli məmurları ilə Mübarəkin hakimiyyətini sona çatdıracaq bir plan üzərində işləyir.

Qəzet bu iddiaları amerikalı diplomatlar və bəzi ərəb ölkələrinin məmurlarına əsaslanaraq yazıb. Belə ki, hazırlanan plana əsasən, Misir ordusunun dəstəyi ilə Mübarəkin hakimiyyətini Misirin vitse-prezidenti Ömər Süleymanın rəhbərlik edəcəyi müvəqqəti bir hökumətə təhvil verilməsi planlaşdırılır. Xəbərdə Mübarəkin hələlik vəzifəsindən getmək istəmədiyi, eyni zamanda ABŞ və Misir hökumət nümayəndələrinin vitse-prezident Ömər Süleyman, Misirin baş qərargah rəhbərii, general leytenant Sami Enan və Misirin təhlükəsizlik naziri Mareşal Muhammed Tantavinin dəstəyinə arxalanaraq, ölkədə dərhal konstitutsional islahatlar dövrünün başlanması məqsədilə bir plan həyata keçirməyi niyyətində olduqları qeyd edilib.

Lakin qəzetə açıqlama verən adı çəkilməyən bir məmur Ömər Süleyman və ya Misir generallarının Hüsnü Mübarəkin ölkəni tərk etmək kimi istəyinin olub-olmadığı haqda hələlik dəqiq məlumata malik olmadıqlarını deyib. Bundan başqa, amerikalıların misirli məmurlarla apardığı söhbətdən də bəlli olub ki, onlar Mübarəkin tezliklə postunu tərk etməsini arzulayır. Amma onalr hesab edir ki, Mübarək sentyabr seçkisinə kimi vəzifəsinə tərk etməməkdə olduqca israrlıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!