11 İyul, 2013
“Eşqin aynası” təqdim olundu

ş

Simsar.az xəbər verir ki, Gəncliyə Yardım Fondunun Z.A. Tağıyev adına konfrans zalında Mövlanə Cəlaləddin Ruminin həyat və yaradıcılığına həsr olunmuş “Eşqin aynası” filmi təqdim edilib. Film Türkiyənin Azərbaycandakı Səfirliyi və Qafqaz Universitetinin dəstəyi ilə ərsəyə gəlib.
Tədbir, filmin ideya müəllifi İlhamə Qurbanlının giriş sözü ilə açıq elan edilib. Filmin mahiyətindən və gərgin iş prosesindən bəhs edən İlhamə xanım bu işdə maddi və mənəvi dəstək olan hər bir kəsə öz minnətdarlığını bildirdi. Daha sonra film qonaqlara təqdim edilib. Film qonaqlar tərəfindən maraqla izləndikdən sonra söz tədbir iştiralçılarının müzakirəsinə verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!