4 Fevral, 2011
İranın Türkiyədəki səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Türkiyənin paytaxtı Ankarada İran səfirliyi qarşısında azərbaycanlıların və türklərin birgə etiraz aksiyası keçirilib.

Türkiyənin Azərbaycana Dəstək Qrupunun rəhbəri Ənvər Türkoğlunun Trend-ə verdiyi məlumata görə, aksiyanın əsas məqsədi son günlərdə İranın Azərbaycanın daxili işlərinə qarışma cəhdlərinə etiraz etmək olub. Səfirliyin qarşısına toplaşan 300-dən çox adam İranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana iqtisadi və siyasi dəstək verməsinə etirazlarını bildiriblər. Bundan əlavə, aksiya iştirakçıları İranda 30 milyondan çox Azərbaycan türkünün ana dilindən istifadə etmək hüququnun pozulduğuna da etiraz ediblər. Aksiya iştirakçıları İrandan işğalçı Ermənistana iqtisadi, siyasi və hərbi dəstəyi dayandırmağı, İranda yaşayan azərbaycanlıların öz ana dilində təhsil almaq və digər hüquqlarının təmin edilməsini tələb ediblər.

Sonda aksiya iştirakçıları etiraz əlaməti olaraq səfirliyin qarşısına qara əklil qoyublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!