4 Fevral, 2011
Dünyasını dəyişən Qarabağ müharibəsi əlillərinin mənzil almaq hüququ ailələrinə veriləcək

 APA-ECONOMICS. Qanunvericiliyə edilən müəyyən dəyişikliklərdən sonra mənzil növbəsində dayanan, amma mənzil almamış dünyasını dəyişən Qarabağ müharibəsi əlillərinin mənzil almaq hüququ ailəsinə veriləcək.

“APA-ECONOMICS”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.

Onun sözlərinə görə, bununla bağlı artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklif irəli sürüb: “Təklif etmişik ki, Qarabağ müharibəsi əlillərinin ailəsi mənzil almaq hüququnu itirməsin. Hesab edirəm ki, bu, daha ədalətli olar. Bu məsələ müsbət həll olunarsa, məsələ ədalətli şəkildə yolunu tapmış olur”.

F.İbrahimov Qarabağ müharibəsi əlilləri dünyalarını dəyişdikdən sonra onlara dövlət tərəfindən verilən mənzillərin geri alınacağı ilə bağlı səslənən fikirlərin də yanlış olduğunu deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!