4 Fevral, 2011
Yəməndə polis nümayişçiləri güllələdi

Yəmən polisi hökumət əleyhinə nümayişə çıxmış kütləyə atəş açıb.

Simsar.Az xəbər portalının RİA «Novosti»yə istinadən verdiyi məlumata görə, nəticədə 3 nəfər yaralanıb.
Nümayişçilər Yəmənin cənub hissəsinə müstəqillik tələbi də səsləndirməyə başlayıb. Bundan sonra kütləyə atəş açan polis gözyaşardıcı qaz və səs qumbaralarından da istifadə edib. Yaralılardan birinin ağır vəziyyətdə olduğu bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!