4 Fevral, 2011
Torres keçmiş klubu ilə oyunda debüt edəcək

İspaniya milli komandasının futbolçusu Fernando Torres İngiltərənin “Çelsi” klubunda keçmiş komandası “Liverpul”la qarşılaşmada debüt edəcək.

İspaniya milli komandasının futbolçusu Fernando Torres İngiltərənin “Çelsi” klubunda keçmiş komandası “Liverpul”la qarşılaşmada debüt edəcək. 
Simsar.az-ın məlumatına görə, həmin oyun İngiltərə çempionatının növbəti turu çərçivəsində fevralın 6-da Londonda keçiriləcək. 

Matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Torresin “Liverpul”a qarşı oynayacağını “Çelsi”nin baş məşqçisi Karlo Ançelotti açıqlayıb. İtaliyalı mütəxəssis bildirib ki, heç bir gözlənilməz hal baş verməsə, ispaniyalı hücumçu mütləq oynayacaq. Futbolçunun özü isə meydançaya çıxacağı halda qol vurmağa və “Çelsi”yə qələbə gətirməyə çalışacağını açıqlayıb. “Liverpul”Un son 4 matçında o, 3 qol vurub, komandası isə 1 qol belə buraxmayıb.

Qeyd edək ki, “Çelsi” Fernando Torresi “Liverpul”dan 50 milyon funta (58,5 milyon avro) alıb. “Liverpul isə iki hücumçu – “Nyukasl”dan Endi Kerroll və Hollandiya “Ayaks”ından Luis Suaresi transfer edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!