4 Fevral, 2011
Müxalifət ölkənin yeni Konstitusiyasını hazırlayır

Müxalifət partiyalaının cəmləşdiyi İctimai Palata Azərbaycanın ali qanunu olan Konstitusiyanın yenidən hazırlanması üçün işçi qrup yaradıb.

Müxalifətin cəmləşdiyi İctimai Palata Azərbaycanın ali qanunu olan Konstitusiyanın yenidən hazırlanması barədə məsələni müzakirə edir. Bu barədə Modern.az-a İctimai Palatanın təsisçilərindən olan Aqil Səmədbəyli bildirib. Onun sözlərinə görə, İcimai Palata ali qanunun yenidən işlənilməsini vacib hesab edir. 
“Konstitusiyasının yenidən işlənib hazırlanmasına ehtiyac var. Əgər belə ehtiyac olmasaydı, biz bunu İctimai Palatada müzakirə etməzdik”-deyə A.Səmədbəyli bildirib.

Artıq İctimai Palatada yeni Konstitusiya layihəsinin hazırlanması ilə bağlı işçi qrup yaradlıb. İşçi qrupuna hüquqşünaslar və mütəxəssislər cəlb olunacaq.
“Layihə tam işlənib hazırlandıqdan sonra ictimaiyyətin müzakirəsinə veriləcək. Hələlik Konstitusiyaya hansı dəqişikliklər ediləcəyi ilə bağlı heç bir məlumat verə bilmərəm. Layihə hələ tam hazırlanmayıb. Bu barədə İctimai Palata yalnız qərar qəbul edib”-deyə A. Səmədbəyli vurğulayıb.

Layihə hazır olduqdan sonra xalqın müzakirəsinə təqdim olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!