4 Fevral, 2011
Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlayıblar

Ermənistan Silahlı Qüvvələri bu gün saat 13.30 radələrindən başlayaraq, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıblar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlərin keçmiş Ağdərə rayonunun işğal altında olan “3 saylı sovxoz” adlanan ərazisində keçirildiyi bildirilir. Hazırda həmin istiqamətdə, Tərtər rayonunun bir çox yaşayış məntəqələrində güclü partlayış səsləri eşidilir. Genişmiqyaslı təlimlərdə avtomat, pulemyot, iri çaplı silahlar, eyni zamana artilleriya qurğularından istifadə edildiyi ehtimal olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!