4 Fevral, 2011
Aysel Teymurzadə siyasətçi olacaq

Müğənni iddialı danışır

Daha bir müğənni Yeni Azərbaycan Partiyasına üzv qəbul edilib. Xatirə İslamdan sonra YAP-çıların sıralarına Aysel Teymurzadə qoşulub. 
“Yayda atama dedim ki, YAP-a üzv olmaq istiyirəm. Yanvarın əvvəllərində isə bu istəyimim rəsmiləşdirərək müraciət etdim. Onlar da Gənclər Günündə məni sevindirərək bir hədiyyə etdilər. Söylədilər ki, mən artıq üzv oldum. Mənim üçün çox sevindirici hal oldu. YAP- a üzv olmaq balaca bir şey deyilş Necə ki, “Eurovision” yarışmasında da bu məsuliyyəti daşıyırdım, indi də belədir”- deyə müğənni növbəti fikirlərində daha iddialı danışıb:
“Mən partiyada adi üzv kimi kifayatlənmək fikrində deyiləm. Partiyanın ictimai- siyasi işlərində yaxından, fəal iştirak edəcəyəm. Sıradan birisi olmaq istəmirəm. Hansısa layihələr olduqda mən də qoşulacağam. Hər şeyin necə olacağını isə zaman göstərəcək”.

A.Teymurzadənin açıqlamasından belə anlaşılır ki, yaxın zamanlarda müğənninin ciddi siyasətə qoşulacağı gözlənilir.
ARİFƏ

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!