4 Fevral, 2011
Azərbaycan 120 mm çaplı universal minaatanların istehsalına başlayır

Azərbaycan bu il 120 mm çaplı minaatanların istehsalına başlayacaq. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Azərbaycanlı mütəxəssislər tərəfindən üzərində təkmilləşdirmələr aparılmış bu silahlar universal təyinatlı (həm mərmi, həm də mina atma qabiliyyətinə malik) olacaq. Universal minaatanların bu ilin birinci yarısında sınaqlardan keçirilib silahlanmaya qəbul ediləcəyi gözlənilir. Artıq həmin məhsulun istehsalı üçün müəssisədə texnoloji xətt də yaradılıb.

Azərbaycan mart ayından həmçinin M-5 tipli («Aşırım») 82 mm çaplı minaatanların kütləvi istehsalına start verəcək. İstehsal olunan minaatanların Yaxın Şərq ölkələrindən birinə ixrac ediləcəyi bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!