4 Fevral, 2011
Müsəlman Qardaşları Hərəkatı İsraili hədələdi

“İsrail-Misir sülh müqaviləsi parlamentdə səsverməyə çıxarılacaq, İsrail sülh müqaviləsinə hörmət etmir”

Bu gün Misirdə prezident Hüsnü Mübarəki hakimiyyətdən uzaqlaşdırmaq üçün Prezident Sarayına yürüş təşkil etməyə hazırlaşan Müsəlman Qardaşları Hərəkatı İsraillə bağlı mövqeyini açıqlayıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Müsəlman Qardaşları Hərəkatının təmsilçisi Məhəmməd Musri deyib ki, İsrail iki ölkə arasında imzalanmış sülh müqaviləsinə hörmət etmir. 


İki ölkə arasında imzalanmış sülh müqaviləsinin Müsəlman Qardaşları Hərəkatı tərəfindən dəstəklənib-dəstəklənməyəcəyinə gəlincə, Məhəmməd Musri bildirib ki, bu müqavilə parlamentdə səsverməyə çıxarılacaq. O vurğulayıb ki, Müsəlman Qardaşları Hərəkatı iudaizmin deyil, sionizmin qəti əleyhinədir: “Ancaq biz zorakılığın əleyhinəyik, hər hansı terror təşkilatı ilə əlaqəmiz yoxdur”.


Müsəlman Qardaşları Hərəkatının liderlərindən olan Məhəmməd əl-Beltaqi isə Hüsnü Mübarəkin postunu tərk etməsindən sonra Hərəkatın namizədinin prezidentliyə namizədliyini irəli sürməyəcəyini iddia edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!