4 Fevral, 2011
Türkiyə ermənilərlə dostluq konserti keçirtdi

Konsertdə Hrant Dinkin xatirəsinə ithaf olunaraq “Sarı gəlin” mahnısı səsləndirilib

Türk və erməni musiqiçiləri Vaşinqtonda dostluq konserti veriblər. APA-nın Vaşinqton bürosunun məlumatına görə, konsert Türkiyənin ABŞ-dakı səfirliyi və diaspora tərəfindən təşkil olunub. 

Tədbirin ən mübahisə doğuran anı “Sarı Gəlin”in ifasının qətlə yetirilmiş erməni jurnalist Hrant Dinkə ithaf olunması ilə bağlıdır.

Gənc musiqiçilər Əhməd Adnan Sayqının, Edqar Manasın, Dikran Kukasiyanın əsərlərini ifa ediblər.

“Mədəni irsi bölüşmək bir-birini anlamaq üçün ən yaxşı yoldur”. Türkiyənin ABŞ-dakı səfiri Namik Tan belə deyib.

ABŞ-ın Türkiyəyə yeni təyin olunmuş səfiri və onun xanımı da konsertdə iştirak ediblər.
Namik Tanın sözlərinə görə, Ermənistanın ABŞ-dakı səfiri də tədbirə dəvət olunsa da, konsertə gəlməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!