4 Fevral, 2011
Azərbaycan Hərbi Prokurorluğunda “SU-25” təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanıb

Yerə enmək imkanı tükəndiyindən ekipaja katapult etmək əmri verilib

Fevralın 3-də saat 17.25-də Hərbi Hava Qüvvələrinə məxsus SU 25 hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb. 


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təyyarənin qabaq şassisi açılmadığından ekipaj bir neçə dəfə yerə enmək üçün təlimata uyğun bütün tədbirlərdən istifadə edib. Lakin şassi yenə də işə düşməyib.


Bu müddət ərzində ekipaj komanda məntəqəsi ilə daimi əlaqədə olub. Sonda yerə enmək imkanı tükəndiyindən ekipaja təyyarəni yaşayış massivindən uzaqlaşdırıb katapult etmək əmri verilib. Təyyarə yaşayış massivindən 18 km aralıda boş əraziyə düşüb. Hadisənin səbəbləri araşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!