4 Fevral, 2011
Qəbiristanlıqda atışma

Azərbaycan paytaxtında qəbiristanlıqda dəfn zamanı silahlı insident olub.

Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb. Rayon sakini Samir Ağayevin dəfn mərasimində bir nəfər tapançadan havaya bir neçə dəfə atəş açıb. 


Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dəfn mərasimində tapançadan havaya atəş açan şəxsin, Zabrat qəsəbə sakini Hacı Vəliyev olduğu müəyyən edilib və o, saxlanılıb. H. Vəliyevin yaşadığı evə baxış keçirən əməliyyatçılar oradan 19 gülləsi ilə birlikdə 3 tapança aşkar edərək götürüblər.

Hələlik hadisənin baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!