4 Fevral, 2011
Ankarada daha bir partlayış: 6 ölü

Fevralın 3-də saat 19:30 radələrində Ankara şəhərinin sənaye obyektləri olan hissəsində başqa bir iş yerində də partlayış baş verib.

Simsar.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, nəticədə 6 nəfər həyatını itirib. Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Melih Gökçek bu hadisənin əvvəlki partlayışın baş verdiyi yerdən 1 km aralıda qeydə alındığını deyib. Partlayışdan sonra yanğın baş verib, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. 

Xəstəxanaya 8 yaralı yerləşdirilib. Ankara valisi Yüksel iş yerində qaz balonu partladığını bildirib.

Qeyd edək ki, dünən günorta saatlarında Ankarada bir zavodda 9 saat arayla baş verən 2 partlayış nəticəsində 4 mərtəbəli bina çöküb. 16 nəfər həlak olub, onlarla insan yaralanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!