4 Fevral, 2011
Azərbaycana idxal olunan bəzi turizm avadanlıqlarının vergi və rüsumlardan azad olunması təklif edilir

 APA-ECONOMICS. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası (ASK) ölkəyə turizm məqsədləri üçün gətirilən mebel və mebel avadanlıqlarının vergi və rüsumlardan azad olunması təklifi ilə hökumətə müraciət edəcək.

“APA-ECONOMICS”in xəbərinə görə, bu açıqlama ilə ASK prezidenti Məmməd Musayev çıxış edib.

M.Musayev bildirib ki, 2011-ci ilin ölkədə “Turizm ili” elan olunmasını xatırladaraq, Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib: “Hökumət qarşısında isə məsələ qaldıracağıq ki, vergidən azad olunmanı turizm müəssisələrinə də şamil etsinlər. Çünki turizmin inkişafı üçün müasir avadanlıqlara və infrastrukturun yaradılmasına ehtiyac var. Müəyyən əlavə vergi güzəştlərinin verilməsi turizm mühitini daha rentabelli etməyə və turizm xidmətlərinin qiymətlərinin aşağı salınmasına imkan verəcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!