4 Fevral, 2011
Ramız Zeynalov telefonlıara özü cavab verəcək

Bu gün Baş Dövlət Yol Polisi İdarəsində maraqlı aksiya keçiriləcək.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Lent.az-a verdiyi məlumata görə BDYPİ-nin rəisi polis general-mayoru Ramiz Zeynalov vətəndaşların müraciətinə şəxsən cavab verəcək. Belə ki, saat 16:00-dan 18:00-dək sürücülər, piyadalar, ümumiyyətlə maraqlanan hər bir şəxs aşağıdakı telefon nömrəsini yığmaqla R.Zeynalovla əlaqə saxlaya biləcək.


BDYPİ-nin şöbə rəisi K.Əliyev müraciət edən şəxslərdən suallarında diqqətli olmalarını və daha ciddi məsəllərə toxumalarını da xahiş edib.

R.Zeynalovla əlaqə saxlamaq istəyənlər saat 16:00-dan 18:00-dək aşağıdakı nömrələrə zəng vura bilərlər:

012 342 44 24
012 590 81 43

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!