1 İyul, 2013
Qazaxıstan xəstə uşaqlara biganədir

/

Qazaxıstanda uşaqlar autizm diaqnozu ilə doğulsalar da, onlara bu xəstəliyin diaqnozu qoyulmur və dövlət tərəfindən qeydiyyata alınmır. Simsar.az “Kazinform”a istinadən xəbər verir ki, Qazaxıstanda autistik uşaqların sayı hər il çoxalır.
Ancaq bu rəqəmin dövlətdən gizlədilməsi valideynləri çıxılmaz vəziyyətə salır. Valideynlər uşaqlarını öz hesablarına müalicə etdirirlər.
Qazaxıstan İctimai Fondunun rəhbəri Aruzhan Sain mətbuata açıqlamasında bildirib ki, “autistik uşaqların dəqiq sayı qeydə alınmalıdı. Qazaxıstan dövləti bu halda olan uşaqlara hər cür yardım etməlidi. Çünki bu xəstəliyin ilkin mərhələsində uşaqları bu xəstəlikdən xilas etmək olar. Bu da ancaq ciddi və davamlı müalicədən aslıdı”.
Qeyd edək ki, dünyada hər 88 uşaq autizm əlamətləri ilə doğulur.

Aynur Bayramova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!