3 Fevral, 2011
Azərbaycan Horadiz Gömrük Keçid Məntəqəsinin fəaliyyətinin bərpa edilməsi üçün İrana müraciət edib

Azərbaycan tərəfi Horadiz Gömrük Keçid Məntəqəsinin fəaliyyətinin bərpa edilməsi və işə salınması üçün İrana müraciət edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.

Məsələnin iranlı həmkarları ilə görüşdə bir neçə dəfə müzakirə olunduğunu deyən komitə sədrinin sözlərinə görə, hazırda bu məsələyə İran tərəfində baxılır. Məntəqənin fəaliyyətini nə zaman bərpa etməsi də İranın razılığından asılıdır.

A. Əliyev onu da qeyd edib ki, Azərbaycan tərəfində Xudafərin Gömrük İdarəsi mövcuddur və hazırda DGK-da bu qurum daxili struktur kimi fəaliyyət göstərir. Azərbaycan tərəfi məntəqə açılarsa, dərhal fəaliyyətə başlamağa hazırdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!