27 İyun, 2013
Özbəklərin rəmzi – Mavi, ağ, yaşıl

Simsar.az sizə Türk dünyası ölkələrinin dəyərlərini, simvollarını, adət-ənənələrini təqdim etməkdə davam edir. Bu dəfəki mövzumuz özbəklər üçün çox dəyərli olan Dövlət Bayrağı və onun rəmzləridir

Özbəkistanda dövlətin suverenliyinin rəmzi sayılan gerb və himnlə yanaşı, dövlət atributu olan Dövlət bayrağının qəbul olunması günü də ən əlamətdar günlərdəndir.

"Özbəkistan Respublikasının Dövlət bayrağı haqqında" qanun 1991-ci ilin 18 noyabr tarixində Respublika Ali Sovetinin VIII sessiyasında qəbul olunub.
Dövlət bayrağının rəmzləri milli və xalqa məxsus mədəniyyəti, ölkənin təbiət özünəməxsusluqlarını əks etdirir.

Özbəkistanın dövlət bayrağı dünya arenasında xarici ölkələrə rəsmi nümayəndə heyətlərinin səfəri zamanı, beynəlxalq təşkilatların və nüfuzlu forumların binaları qarşısında, ümumdünya sərgilərində və idman yarışlarında respublikanı təmsil edir.

Özbəkistanın Dövlət bayrağı, həmçinin ölkə vətəndaşlarının və respublikada yaşayan digər şəxslərin bayrağa hörmətlə yanaşması qanunla müdafiə olunur.

Rənglərin və ayparanın simvolik mənası

Özbəkistan bayrağının simvolik mənası üçün xeyli çox nəzəriyyə irəli sürülüb. Birinə görə, 12 ulduz Özbək vilayətlərini; mavi zəmin türklüyü, ağ zəmin ədaləti, yaşıl zəmin isə qonaqpərvərliyi təmsil etməkdədir. İki incə qırmızı xətt isə "güclü olmaq" kimi izah edilir. Yarım ay isə, "yenilənmə"ni izah etməkdədir. Başqa bir görüşə görə 12 ulduz; 12 təqvim ayını ya da bürcü izah etməkdədir. Yarım ay İslam dininə işarədir. ağ zəmin və rənglər pambığı, yəni ölkənin ana simvolunu izah edir. Başqa bir görüşə görə, mavi suyu, ağ barış, yaşıl isə təbiət simvolu kimi əks olunub. Qırmızı lentlər isə bu xüsusiyyətləri birləşdirən həyat gücünün təcəssümüdür.

Sara Rüstəmova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!