3 Fevral, 2011
Aydın Əliyev: “Aralarında 4 gömrükçünün olduğu 11 nəfərlik dəstə barəsində başlanmış cinayət işi məhkəməyə göndərilib”

Azərbaycan Dövlət Gömrük Komitəsinin 4 əməkdaşının da daxil olduğu 11 nəfərlik dəstə barədə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılaraq materiallar məhkəməyə göndərilib.

Bu barədə DGK sədri Aydın Əliyev bildirib.

Komitə sədrinin sözlərinə görə, həmin dəstə müxtəlif cianyət əməlləri – sənədlərin saxtalaşdırılması, korrupsiya və s.-də təqsirli bilinirlər.

Dəstə barədə cinayət işinin istintaqının bir neçə orqan tərəfindən aparıldığını deyən A.Əliyev yaxın günlərdə bununla bağlı ictimaiyyətə təfərrüatlı məlumat veriləcəyini vurğulayıb. Komitə sədri onu da bildirib ki, DGK-nın Daxili Təhlükəsizlik İdarəsi tərəfindən vətəndaşların müraciətləri qəbul edilir, araşdırılaraq müvafiq tədbirlər görülür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!