3 Fevral, 2011
Mağazasının sökülməsinə etiraz edən sahibkar özünü öldürdü

O, özünü Kiş çayının üzərindəki körpüdən atdı...

Şəki şəhərində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb. Rayon sakini 59 yaşlı Hikmət Səlimov özünü şəhərdən Qoxmuq kəndinə gedən yolda, Kiş çayının üzərindəki 15-20 metr hündürlüyü olan körpüdən ataraq öldürüb. Mərhumun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir. 

Milli.Azın əldə etdiyi məlumata görə, intiharın səbəbi ilə bağlı versiyalardan biri, ticarətlə məşğul olduğu mağazanın sökülməsi səbəb olub. Belə ki, mərhum şəhər ərazisində tikinti mallarının satışı ilə məşğul olurmuş. Bir neçə gün əvvəl ona mağazanın qeyri-qanuni olduğundan söküləcəyi bildirilib. Bu gün səhər saatlarında isə əraziyə buldozer gətirərək dükanı dağıtmaq istəyiblər. Sahibkarın və sakinlərin etirazından sonra sökülmə işi ləngisə də, arada mübahisə yaranıb. Baş verənlərə etiraz edən dükan sahibinin yaxınlıqdakı körpüdən özünü atdığı deyilir.

Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə çatdırma) maddəsi ilə cinayət işibaşlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!