24 İyun, 2013
Sevda Giray Azərbaycanda tanınmaq istəyir - VİDEO

.

“Öz səsimə çox inanıram və buna görədə çox iddialı biriyəm”. Simsar.az xəbər verir ki,bunu məşhur türk müğənnisi Sevda Giray “Rüzgar gibi geçtin” albomuna yazdığı ürək sözlərində bildirib. Sevda Giray həmçinin onu da əlavə edib ki, “ İsyan - Ölsem de bir kalsam da bir” mahnısı ilə yenidən doğuluram.
Qeyd edək ki, “Rüzgar gibi geçtin” Türk müğənnisinin sayca üçüncü albomumdu: “Musiqiçi ailəsində böyüməyimə baxmayaraq, bu günədək bir çox çətinliklərlə qarşılaşmışam. Xususilə bu albomun ərsəyə gəlməsində bir çox maneələrlə üzləşmişəm. Amma musiqiyə olan sevgim və həvəsim məni bu sənətdən soyutmayıb. Əksinə, çətinkilər gördükcə daha da mübariz olmuşam. Bu albomumla türk musuqi dünyasına hansısa töhvə verirəmsə bu mənim üçün böyük şərəfdir”.
Sevda Girayın bu albomunda Orxan Gəncəbay, Suat Sayın, Özkan Turgay, Əli Kocatəpə,Ülkü Aker ve məşhur şairə Ayşe Birgül Yılmazın mahnıları yer alıb. Prodüsseri Muhteşem Candan olan albomda yera alan mahnıların aranjimanı Səlim Çaldırana aiddir. Albomda yer alan mahnıya çəkilən klipin rejissoru Onur Aldoğandır.
Diqqətə çatdıraq ki, Sevda Giray 2 dəfə Azərbaycanda olub. Tədbirlərə qatılıb və səhnədə çıxış edib. Azərbaycanı-Bakını sevdiyini qeyd edən müğənni ölkəmizdə tanınıb sevilmək, musiqilərimizi ifa etmək arzusunda olduğunu bildirib.

Azər

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!