3 Fevral, 2011
Hakimiyyət müxalifətlə danışıqlara getdi

Prezidentin vəzifədən getməsi tələbi qüvvədə qalır

Misirdə prezident Hüsnü Mübarək əleyhdarları ilə tərəfdarları arasında baş verən toqquşma davam edir. Simsar.az-ın məlumatına görə, səhər saatlarında Misir ordusu kütləvi nümayişlərin iştirakçılarını həbs etməyə başlayıb. Misirin ən böyük müxalifət təşkilatı Müsəlman Qardaşlar isə milli birlik hökuməti qurulmasını istəyib. Müsəlman Qardaşlar təşkilatı “Əl Cəzirə” televiziyasına verdiyi açıqlamada Mübarək hökumətinin ləğv olunmasının vacibliyini vurğulayıb: “Bu rejimin devrilməsini və bütün tərəflərin iştirak edəcəyi milli birlik hökuməti qurulmasını istəyirik”.

Misirin vitse-prezidenti Ömər Süleyman siyasi partiyalarla danışıqlar aparıb. O, bu gün ölkədəki siyasi partiyalar və milli qüvvələr ilə 10 gündür davam edən və dövlət başçısı Hüsnü Mübarəyin vəzifədən getməsini istəyən nümayişlərə son qoymaq məqsədi ilə görüşlər keçirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!