3 Fevral, 2011
Ronaldinyo “Flamenqo”da debüt etdi

Braziliyalı futbolçu Ronaldinyo Rio-de-Janeyronun “Flamenqo” klubunun heyətində debüt edib.

Simsar.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Rio-de-Janeyro ştatının çempionatında “Nova İquasu” klubu ilə matçda iştirak edib. 

O, qol vura bilməsə də, komandası qalib gəlib. Sona 5 dəqiqə qalmış Vanderley fərqlənib. Ronaldinyo kapitan sarğısı ilə debüt edib. O, “Flamenqo”da debütünü həyatının ən xoşbəxt günlərindən biri adlandırıb.

Qeyd edək ki, “Flamenqo” Rio-de-Janeyro çempionatında A qrupunda 5 oyuna 15 xal yığıb və birinci yeri tutur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!