ECONOMICS. Azərbaycanda istehlakçılara verilən qazın qiymətinin artırılması nəzərdə tutulmur.
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə «Azəriqaz» İstehsalat Birliyinin sədri Əkbər Hacıyev bildirib.
Onun sözlərinə görə, qazın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: «Qazın qiymətinin qalxması nəzərdə tutulmayıb».
Xatırladaq ki, Azərbaycanda qazın qiymət artımı sonuncu dəfə 2009-cu ilin iyunun 30-da baş verib. Həmin vaxt əhaliyə satılan qazın hər 1000 kubmetrinin qiyməti 47,2 manatdan 100,0 manata qaldırılıb.
DİGƏR XƏBƏRLƏR