3 Fevral, 2011
Misirdən qayıdan azərbaycanlıların sayı 153 -ə çatdı

Yerlilərimizin Misirdən evakuasiyası davam edir

Misirdə kütləvi iğtişaşlar başladıqdan sonra bu ölkədən evakuasiya olunan Azərbaycan vətəndaşlarının sayı 153 nəfərə çatıb. Bu barədə APA-ya Azərbaycanın Misirdəki səfirliyinin birinci katibi Elnur İsmayılov məlumat verib. 


Onun sözlərinə görə, Azərbaycan vətəndaşları səfirliyin “qaynar xəttinə” müraciət etməkdə davam edirlər, amma müraciətlərin sayı ilk günlərə nisbətən azalmaqdadır. Səfirliyin işçisi Nicat Qocayevin qətl ilə bağlı Misir hüquq-mühafizə orqanlarının araşdırma aparıb-aparmaması barədə sualı cavablandıran E. İsmayılov deyib ki, səfirliyimizə Misir hüquq-mühafizə orqanlardan hələ heç bir müraciət daxil olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!