21 İyun, 2013
TÜRKSOY-un baş katibi: “Türk dövlətləri bir-birlərinə dəstək olmalıdır”

.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin Diaspor Rəhbərlərinin I Bakı Forumu türk diasporları birliyi baxımından çox önəmli hadisədir.
Bunu Simsar.az-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov bildirib. Onun fikrincə, türk dövlətləri diaspor təşkilatlarının birgə fəaliyyəti baxımından çox iş görməlidirlər:
"Biz təəssüf ki, bu gün diasporlarla çox az işləyirik. Əməkdaşlığımızın bəzi örnəkləri var. Məsələn, biz dünyanın müxtləif ölkələrində Novruz bayramını birgə qeyd edirik. Amma sadəcə seyrçi olaraq deyil, onların fəal olaraq iştirakçı olması lazımdır. TÜRKSOY da daxil olmaqla onların tanıtım məsələlərində daha effktiv rol oynamaları lazımdır."
TÜRKSOY-un Baş katibi hesab edir ki, Bakıda keçirilən forum bu yöndə öz töhfəsini mütləq verəcək:
"Mən deyərdim ki, artıq verir. Bu iki gün ərzində burada bir çox dostlarımla danışdım. Onlar da qeyd edirlər ki, türk dövlətlərinin diasporları birgə hərəkət etməli, bir-birlərinə dəstək olmalı, zəngin mədəniyyətimizi dünyaya tanıtmalıyıq."

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!