3 Fevral, 2011
Neft yenə bahalaşıb

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.

Simsar.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, qiymətin artmasına əvvəlki günlərdə olduğu kimi Misirdə davam edən toqquşmalar və ABŞ-da neft ehtiyatı barədə məlumatlar səbəb olub.

Nyu-Yorkdakı “NYMEX” birjaında WTI markalı neft 0,09 dollar bahalaşaraq 90,86 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,60 dollar artaraq 102,34 dollara çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!