18 İyun, 2013
Türkdən “türkə çarə”

Qırğızıstan prezidenti Türkiyəyə üz tutdu

Qırğızıstanın Prezidenti Almazbəy Atambəyov müalicə üçün Türkiyəyə gəlib. Simsar.az Prezidentin Mətbuat Mərkəzinə istinadən məlumat verir ki, müalicənin bir həftə davam edəcəyi güman edilir. Gülhanə Hərbi Hospitalında müalicə alacaq Atambəyovun 1 həftə ərzində Türkiyə Prezidenti Abdullah Gül və Baş Nazir Rəcəb Tayyib Ərdoğanla da görüşməyi planlaşdırılır. Prezidentin hansı xəstəlikdən müalicə alacağı açıqlanmayıb.
Qeyd edək ki, Atambəyov 2007-ci ildə Qırğızıstanda Sosial Demokratik Partiyasının lideri kimi müalicə üçün Türkiyəyə gəlmişdi. O zaman Atambəyovun keçmiş Prezident Kurmanbek Bakiyev tərəfindən zəhərləndiyi iddia edilmişdi.

Ülviyyə Cövdətqızı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!