2 Fevral, 2011
ATƏT sədri: “Rusiya olmadan dondurulmuş münaqişələrin nizamlanması prosesi bir millimetr belə irəli getməz”

“Litva ATƏT sədri kimi qurumun mhüm üzvlərindən olan Rusiya ilə əməkdaşlıqda maraqlıdır. Bu xüsusilə dondurulmuş münaqişələrin həllinə aid edilə bilər”.

Bu fikirləri ATƏT sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib: “Rusiya olmadan bu münaqişələrin nizamlanması prosesi bir millimetr irəli getməyəcək, belə məsələlərdə millimetr qızıla bərabərdir”.
Xatırladaq ki, Litva ATƏT-ə sədrliyi dövründə dondurulmuş münaqişələrin nizamlanmasını əsas prioritet istiqamətlərdən biri elan edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!