2 Fevral, 2011
İTV “Eurovision-2011”lə bağlı açıqlama yaydı

Final konsertinin fevralın 4-də keçiriləcəyi barədə qeyri-dəqiq məlumatlar verirlər

“Eurovision” Mahnı Müsabiqəsinin milli seçim turunun təşkilatçısı olan İctimai Teleradio müsabiqənin milli final konsertinin fevralın 4-də keçiriləcəyi barədə yayılan məlumatları qeyri-dəqiq sayıb. İTV-dən Simsar.az-a verilən məlumata görə, Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi ilə bağlı kanala çoxsaylı müraciətlər daxil olur: “Final konserti barədə bir çox internet saytlarında müxtəlif informasiyalar yerləşdirilir. Bəzən onlar yanlışlığa yol verərək final konsertinin fevralın 4-də keçiriləcəyi barədə qeyri-dəqiq məlumatlar verirlər. “Eurovision” Mahnı Müsabiqəsi milli seçim turunun təşkilatçısı olaraq İctimai Teleradio ən son və dəqiq məlumatları bildirəcək”.
Nigar Məmmədli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!