12 İyun, 2013
TürkPA-nın yeni baş katibi seçilib

Qurumun növbəti iclası 2014-cü ildə Azərbaycanda keçiriləcək



Jandos Asanov TürkPA-nın yeni baş katibi seçilib. Simsar.az-ın məlumatına görə, bu barədə qurumun Ankarada keçirilən 4-cü plenar iclasında qərar qəbul olunub.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin nümayəndələri ölkələr arasında əməkdaşlığın aktivləşdirilməsi, xalqlar arasında dialoqun genişləndirilməsi, Qırğızıstanın TürkPA-ya sədrliyinin nəticələri ətrafında fakir mübadiləsi aparıblar.

İclasın yekununda TürkPA-nın Ankara Bəyannaməsi qəbul olunub. Qurumun növbəti iclası 2014-cü ilin iyununda Azərbaycanda keçiriləcək.

Xatırladaq ki, TürkPA-nın toplantısında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!