2 Fevral, 2011
Etibar Məmmədov: “Bunu kim deyir..? Heç bir ölkəyə köçüb getməmişəm”

AMİP lideri bildirib ki, hazırda şəxsi işləri ilə bağlı xaricdədir və bir neçə günə vətənə dönəcək

“Mənim Azərbaycandan köçüb getdiyim barədə deyilənlər yalandır. Heç yerə köçməmişəm və belə fikrim də yoxdur”. Bu barədə Simsar.az-a Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov KİV-də onun Azərbaycandan köçməsi barədə yayılan xəbərlərə münasibətini bildirirərkən deyib. Onun sözlərinə görə, hazırda şəxsi işləri ilə bağlı xaricdədir və bir neçə günə vətənə dönəcək. 

“Bu məlumat başdan ayağa yalandır. Mən niyə vətənimdən köçməliyəm ki? Olduğum ölkədə işlərimi yekunlaşdırıb bir neçə günə Bakıya dönəcəyəm”-deyə Etibar Məmmədov bildirib.

Qeyd edək ki, bu günkü KİV-də Etibar Məmmədovun Azərbaycanı tərk edərək uzunmüddətli yaşamaq üçün İngiltərəyə getdiyi barədə məlumat yayılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!