11 İyun, 2013
Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək

/

İyunun 13-də Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək.Nazirlikdən Simsar.az-a verilən məlumata görə, tədbirdə hər üç ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, mühəndislik, külək, biokütlə və bioqazdan enerji istehsalı, günəş panelləri üçün şüşə istehsalı, suyun təmizlənməsi, quşçuluq və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.
Biznesforum çərçivəsində Azərbaycan, Belçika və Niderland iqtisadiyyatına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaqdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!