11 İyun, 2013
Suriyada qan su yerinə axır: 14 ölü, 31 yaralı

.

Suriyanın paytaxtı Şamın Mərcə Meydanında baş verən partlayış nəticəsində ilkin məlumatlara görə, 14 nəfər ölüb, 31-i yaralanıb. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, partlayışı iki kamikadze törədib. Nəticədə ətrafa xeyli maddi ziyan dəyib. Hadisə yerinə çox sayda təcili yardım maşını çağırılıb. Maraq doğuran məqam isə partlayışın müxalif qrupların ABŞ tərəfindən silahla təmin olunmasından sonra baş verməsidir.

Ülviyyə Cövdətqızı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!