11 İyun, 2013
Ərdoğan aksiyaçılarla görüşəcək

.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə 2 həftədir davam edən Gəzi parkı aksiyalarının iştirakçıları ilə görüşəcək. Bunu baş nazirin müavini Bülent Arınc nazirlər kabinetinin iclasından sonra deyib. Arınc Ərdoğanın Taksim Gəzi parkı məsələsində hökumətdən tələbləri olan bəzi qrupları çərşənbə günü qəbul edəcəyini deyib.
“Xoşməramlı olaraq başlandığı iddia olunan aksiyalar məsələsində əgər problem ekologiya, insan hüquqları, demokratiyadırsa, bu barədə danışmağı və qarşı tərəflə bu məsələləri müzakirə etməyi həqiqətən istəyirik”, – deyə Arınc qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!