11 İyun, 2013
Elmar Məmmədyarov Əhməd Davudoğlu ilə görüşdü

.

Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarovla Əhməd Davudoğlu arasında görüş keçirilib. Simsar.az xəbər verir ki, tərəflər Azərbaycan və Türkiyə arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasını məmnunluqla vurğulayaraq iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyinin davam edəcəyini söyləyiblər.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Cənubi Qafqazda və Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!