11 İyun, 2013
Nazir Gəncəyə səfər edəcək

ş

Simsar.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, Əbülfəs Qarayev iyunun 21-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.Görüş saat 10:00-da Azərbaycan Dövlət Aqrar Universitetinin binasında (Atatürk prospekti, 262) başlanacaq .Qəbulda Gəncə, Yevlax şəhərlərindən və Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Ucar, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!