11 İyun, 2013
Elektron xidmətlərin tətbiqi genişləndirilir

.

"Elektron hökumət" portalına Azərbaycanın 40 mərkəzi icraedici orqanı qoşulub. Simsar.az-ın məlumatına görə bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Vəlizadənin sözlərinə görə, hazırda Azərbaycanda bu dövlət orqanları tərəfindən təxminən 220 elektron xidmət göstərilir: "Hər il portala olan müraciətlərin miqdarı, həmçinin elektron-rəqəmsal imza sahiblərinin sayı artır ki, bu da portalın və elektron xidmətlərin əhali arasında populyarlığından xəbər verir.”

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!