11 İyun, 2013
26 dövlət rəsmisi ölkəmizdədir

Əfqanıstan İslam Respublikasının Kommunikasiya və İnformasiya Texnologiyaları naziri cənab Əmirzai Sanqinin başçılığı ilə 26 dövlət rəsmisi ölkəmizdə müxtəlif nazirliklərdə görüş keçirəcək

Simsar.az xəbər verir ki, görüş 9-15 iyun tarixlərində Xarici İşlər Nazirliyində, Ədliyyə Nazirliyində və Dövlət Sosial Müdafiə Fondunda baş tutacaq. Səfərin məqsədi elektron idarəçilik potensialından istifadə olunmasında Azərbycanın təcrübəsini öyrənmək və onların Əfqanıstanda tətbiqi perspektivlərini müzakirə etməkdi. Tədbirdə BMTİP-in Azərbaycanda və Əfqanıstanda ölkə nümayəndəlikləri iştirak edəcək.

Qeyd edək ki, görüş Azərbaycan və Əfqanıstan rəsmiləri tərəfindən təşkil olunub.

Aysel Kərimova  

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!