11 İyun, 2013
Temperatur 32 dərəcəyə çatacaq

ş

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti açıqlamasında deyib ki, şimal küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-21 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!