11 İyun, 2013
Telefonlarını söndürmədilər - Təyyarədən qovuldular

ş

Simsar.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Nyu-York şəhərindən Atlantaya gedən şagirdlər cib telefonlarını bağlamamaq üçün təkid ediblər. Pilot və ekipaj qrupu vəziyyətin belə olduğunu görüb, təxminən 100 litsey şagirdi rəhbərləri ilə birgə təyyarədən endirilib.
Məktəb müdiri Sez Linfield isə rəhbərliyin hadisəni araşdırdığını və şagirdlərin digər sərnişinləri narahat etmədiklərini bildirir. Hava yolu şirkəti şagirdləri 12 saatlıq bir səfərdən sonra tətil edəcəkləri şəhərə göndərib. Vəziyyəti skandal olaraq xarakterizə edən şagirdlər isə təyyarənin içində çəkdikləri video və fotoları sosial mediada paylaşaraq şikayətçi olduqlarını bildirib.

Turanə Zeynallı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!