2 Fevral, 2011
Metyu Brayza: “Səfir qismində əsas prioritetim Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və ədalətli nizamlanması olacaq”

ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) Corctaunda Azərbaycana yeni təyin olunmuş səfir Metyu Brayzanın şərəfinə qəbul təşkil edib.

APA-nın USACC-ın rəsmi saytına istinadən yaydığı məlumata görə, qəbulda çıxış edən səfir Metyu Brayza bildirib ki, ABŞ-ın 18 aydır səfir göndərmədiyi Azərbaycana getməyi çox arzulayır: “Səfir qismində əsas prioritetim Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və ədalətli nizamlanması olacaq. Azərbaycanla ABŞ arasında əlaqələri inkişaf etdirməkdə davam edəcəyəm. Azərbaycanın çox geniş imkanları var və əməkdaşlıq istiqamətləri təkcə neft-qaz sektoru ilə məhdudlaşa bilməyəcək ölkədir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!