Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Misir prezidenti Hüsnü Mübarəki öz ölkəsinin tələblərini yerinə yetirməyə çağırıb.
Fevralın 1-də Türkiyə parlamentində başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının iclasında çıxış edən Ərdoğan deyib: “Hüsnü Mübarəkə səmimi şəkildə müraciət edərək bildirirəm: xalqın səsinə və humanist tələblərə qulaq asın. Dəyişikliklərə ehtiyac olması haqda tələblərə tərəddüd etmədən əməl edin”.
Ərdoğan Türkiyənin həmişə Misir xalqına dəstək olacağını vurğulayıb: “Türkiyə həmişə Misir xalqının yanında olub və olacaq, onun sevincini və kədərini bölüşəcək”.
Yanvarın 25-dən Misirdə kütləvi etiraz aksiyaları başlayıb. Aksiyaçıların əsas tələbi 1981-ci ildən hakimiyyət başında dayanan prezident Mübarəkin istefasıdır.
DİGƏR XƏBƏRLƏR