7 İyun, 2013
İPOTEKA KREDİTİ GÖTÜRMƏK İSTƏYƏNLƏRƏ – ŞAD XƏBƏR

“Bütün Azərbaycan vətəndaşları ipoteka kreditləri üçün müraciət edə biləcəklər”

“İpoteka almaq üçün “müraciət etmək hüququ olan gənclərin kateqoriya”sı genişləndiriləcək”. Bunu Simsar.az-a Gənclər və idman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib. 

Q.Mehdiyev bildirib ki, yeni layihənin əvvəlki layihədən əsas fərqi şərtlərin az olmasındadı. Yeni layihədə “müraciət etmək hüququ olan gənclərin kateqoriya”sı genişləndiriləcək. Əvvəlki layihədə şərtlər çox idi. Yeni layihədə tələblər yumşaldılacaq. Şəhid ailəsi olmayan vətəndaşlar da bu kateqoriyada olacaqlar. Bütün Azərbaycan vətəndaşları ipoteka kreditləri üçün müraciət edə biləcəklər. Layihə İpoteka Fondu, Ədliyyə Nazirliyinin birgə məsləhətləşmələri çərçivəsində hazırlanıb. Sənədləşmə işi bitdikdən sonra müzakirənin vaxtı müəyyənləşəcək. Faiz düşümündə elə bir fərq olmayacaq. İpoteka faizi 4-8% olacaq.Güzəştli ipoteka krediti 4% olaraq qalacaq.Güzəştsiz ipoteka krediti isə 8%. Ola bilsin prosedura 2-3ay davam etsin. Biz Gənclər və İdman Nazirliyi olaraq gənclərlə iş apardığımız üçün yaş kateqoriyası 35 yaş olaraq qalacaq.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!