1 Fevral, 2011
AŞPA həmməruzəçiləri MTRŞ sədri ilə görüşüblər

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ilə görüşüb.

Bu barədə APA-ya MTRŞ-dan məlumat verilib. N. Məhərrəmli MTRŞ tərəfindən televiziya və radio yayımı sahəsində görülmüş işlər, rəqəmsal yayıma keçid, yeni yaranmış teleradio yayımçılarının fəaliyyəti və parlament seçkisi dövründə teleradio yayımında seçkiqabağı təbliğatın və təşviqatın aparılması ilə bağlı məlumat verib. 

Şura sədri qonaqları maraqlandıran sualları cavablandırıb, televiziya və radio yayımı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!